Nadir Qafarzadə: İnstaqram bizim bir çox ayıblarımızı açıb-tökdü - VİDEO

Nadir Qafarzadə: İnstaqram bizim bir çox ayıblarımızı açıb-tökdü - VİDEO
Video
Şou-biznes 568

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Nadir Qafarzadə olub.

Sənətçi instagram hesabında “blok”a atdığı sənətçilərin adlarını açıqlayıb:

“İnstagramda “like”dan başqa heç nə bilmirəm hətta bu yaxınlarda bir neçə müğənnini “blok”a atmışammış. Bəlkə də bu geridə qalmaqdır. İnstagramdan başım çıxmır. Vasif Əzimov, Türkan Vəlizadəni bloka atmışam.

Hətta Damlanı da qara siyahıya atmışam. Bilməyərəkdən etmişəm. Bu yaxınlarda Röya xanımla duet oxumuşduq, video paylaşdım. Mənə yazdılar ki, Nadir bəy, Röya sizi izləyir, bəs siz onu niyə izləmirsiniz? Utanıb yerə girdim.

Tez mən də onu izləyəməyə başladım. Düşünürəm ki, bu instagram bizim bir çox ayıblarımızı açıb-tökdü. Elə şeylər var ki, gizli qalmalı idi. Biz onları cəmiyyətə göstərdik”.

Son xəbərlər