Mustafa Cecelinin ad günü tortu müzakirələrə səbəb oldu - VİDEO

Mustafa Cecelinin ad günü tortu müzakirələrə səbəb oldu - VİDEO
Foto Video
Şou-biznes 2129

Ötən gün türkiyəli ifaçı Mustafa Cecelinin 41 yaşı tamam olub.

BAKU.WS xəbər verir ki, sənətçinin həyat yoldaşı Selin İmer ona doğum günü sürprizi edib.

İmer Cecelinin ad gününə özəl xüsusi tort sifariş verib. Şirniyyat görünüşü ilə görənləri təəccübləndirib.

Belə ki, Mustafanın səhnə performansı miniatür formaya salınaraq tort hazırlanıb. Unikal tortun ərsəyə gəlməsində lazer işıqlardan da istifadə edilib.

Şirniyyatın görüntüləri sosial şəbəkələrdə paylaşılaraq müzakirələrə səbəb olub. İstifadəçilər qeyri-adi və unikal şirniyyatın görünüşünü çox bəyəniblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər