Musiqili teatrda tarixi an: Dilarə Kazımova "Chicago" ilə yadda qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
Avroviziya təmsilçilərimiz Dilarə Kazımova, Diana Hacıyeva (DiHaj), caz ifaçısı Ülviyyə Rəhimova və aktyor-müğənni Orxan Ağayevin iştirakı ilə "Chicago" müziklının premyerası keçirilib.
BAKU.WS xəbər verir ki, aylardır hazırlıq gedən möhtəşəm tamaşa Azərbaycan Dövlət Akademik Musiqili Teatrında, 20-ci caz festivalı çərçivəsində baş tutub.
Müğənni və aktrisa Dilarə Kazımova tamaşada "Velma Kelly" obrazını canlandırıb. Onun səhnədəki çıxışı, vokal və aktrisa ifası tamaşaçılar və sənət adamları tərəfindən yüksək qiymətləndirilib. Dilarənin xarizma və peşəkarlığı səhnədə Broadway enerjisini hiss etdirib.
Rejissor Əziz Əzizovun quruluş verdiyi əsər alqışlarla qarşılanıb. Tamaşada Orxan Ağayev (Billi Flinn), Diana Hacıyeva (Roksi Hart) və Ülviyyə Rəhimova ("Moma" Morton) kimi tanınmış adlar da çıxış edib.
Tamaşa, musiqi, kostyumlar və xoreoqrafiya ilə tamaşaçılara əsl Broadway təəssüratı yaşadılıb.
Qalereya
Oxşar xəbərlər
İki dəfə evlənib-boşandığı aktrisadan danışan Sinan: "Unudulması çətin qadındır"
Məşhur müğənni Sinan Akçıl şəxsi həyatı ilə gündəmə gəlib. BAKU.WS xəbər verir ki, sənətçi açıqlaması zamanı keçmiş həyat yoldaşı, aktrisa Burcu Kıratlıdan dan...