Murad Arifin doğum günüdür
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün müğənni, bəstəkar, musiqi prodüseri, şoumen və jurnalist Murad Arifin doğum günüdür.
BAKU.WS xəbər verir ki, onun 42 yaşı tamam olur.
Murad Arif 1981-ci ildə, sentyabrın 27-si Sumqayıt şəhərində, incəsənət xadimi Arif Şükürov və bioloq Sənubər Şükürovanın ailəsində anadan olub. Ata tərəfdən əsli Füzuli, ana tərəfdən isə Şuşalıdır. Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin məzunudur.
Bundan sonra 104 FM ilə başlayaraq Lider Jazz FM, İctimai radio, Day.Az Radiolarında DJ kimi fəaliyyət göstərib. Murad Arif həmkarı Leyla Quliyeva ilə Eurovision 2006-da mahnı müsabiqəsinin Azərbaycanda ilk şərhçisi olub. İlk apardığı televiziya verilişi isə, 2006-cı ildə, İTV-nin efirində yayımlanan, həmkarı Hüsniyə Məhərrəmova ilə apardığı "Qaraj" verilişi idi.
Bundan başqa o Lider TV-də "Yeni Səhər", "Solo" və ATV kanalında "Gün keçir" verilişlərinin aparıcısı olub. 2008-ci ildə, İsveçrənin Montrö şəhərində "Montreux Jazz Festival"ında silsilə proqramlar hazırlayıb.
Onun mahnılarına, rəsmi icazə ilə, məşhur türk ulduzları Nil Karaibrahimgil, Ziynət Sali, DJ Suat Ateşdaglı, müraciət edib, həmin nəğmələri albomlarına daxil ediblər.
2014-cü ildə öz mahnılarını ifa edərək, solo karyeraya başlayır. Onun debüt nəğmələri "Həyat Yoldaşımsan", "İnşallah", "Saçların" ölkənin musiqi gündəminə rəng qataraq, diqqəti cəlb edir.
2020-ci ildə "The Voice Kids" beynəlxalq televiziya müsabiqəsinə Ustad seçilir.
Bəstəkar 2011-ci ildə ailə həyatı qurub. İki övladı var.
Oxşar xəbərlər
Cavan Zeynallı: “O dueti Flora xanım başqa adamla oxumalı idi” - FOTO
Xalq artisti Cavan Zeynallı "APA"ya müsahibə verib. Karyerasından və şəxsi həyatından danışan sənətçi maraqlı açıqlamaları ilə diqqət çəkib. BAKU.WS həmin müsah...