"Müğənniləri varlı bilməyin, onlar hamıdan kasıbdırlar"
"Mən də biznes qurmaq istəyirəm. Hər zaman biznesi olan ifaçılara həsəd aparmışam, sağ əlləri mənim başıma. Ev alqı-satqısını, moda evi açmağı xoşlayıram. İstəyirəm şəhərdə çoxlu evlərim olsun, onları kirayə verim. Bundan gözəl biznes yoxdur".
BAKU.WS bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Günay İbrahimli deyib.
Sənətçi bildirib ki, hər kəsin varlı bildiyi müğənnilər əslində kasıbdırlar:
"Hamı elə bilir ki, biz varlıyıq, amma elə deyil. Vallah, biz hamıdan kasıbıq. Gəlirlərimizi ancaq sənətə xərcləyirik. Qazandığımız pulumuzla özümüzü güclə saxlayırıq. Müğənninin tək var-dövləti səsidir. Bədxərc deyiləm, pulumu yığıram. Amma çox da yığmaq olmur. Düzdür, bəzən mahnı bizə hədiyyə verilir. Amma biz geyimə pul xərcləyirik. Müğənni həmişə baxımlı olmalıdır. Daim geyim, saç düzümü, maşın qaydasında görünməlidir. Əgər bu gün iş çoxdursa, çalışıb əldə etdiyin pulu yığmaq lazımdır. Çünki həmişə qazana bilməyəcəyik. Haradasa o gəlir kəsiləcək".
G.İbrahimli qızıl sevgisindən bəhs edib:
"Əvvəl qızıl xoşlamırdın. Son vaxtlar çox sevirəm. Bir də mənə qızıl hədiyyə edilməsini xoşlayıram. Ən bahalı qızılımı mənə hədiyyə ediblər, qiyməti 18 min dollar idi".
BAKU.WS
Oxşar xəbərlər
Günay İbrahimli: “Sevgilimin sayəsində çətinlikləri aşmışam”
"Elə bilirsiniz, müğənniyəm deyə, yemək bişirə bilmirəm? Elə dadlı yeməklər edirəm ki... Məhərrəmlikdə ev işlərinə daha çox vaxtım oldu, seriala da baxıram, yem...