Müğənni Şəfadan danışan bibisi: "Atası öldü, qardaşının ürəyi dayandı" - VİDEO

Müğənni Şəfadan danışan bibisi: Atası öldü, qardaşının ürəyi dayandı - VİDEO
Video
Şou-biznes 1021

"3 gün yanında qaldım. Onun bir tərəfi işləmirdi. Ayağını zorla çəkirdi. Başından zərbə almışdı deyə hərəkət edə bilmirdi. Həkimlər gəldi dedi ki, bibi, onu xilas etmək mükün olmadı".

BAKU.WS xəbər verir ki, bu sözləri 17 il əvvəl ağır yol qəzasında vəfat edən müğənni Şəfa Hüseynovanın bibisi deyib. "O üz" proqramına danışan sənətçinin qohumu onun ölümünə görə dərin kədər hissi keçirdiyini bildirib:

"Böyük qardaşı ötən il rəhmətə getdi. Ürəyi dayandı. Atası da o, rəhmətə getdikdən bir az sonra vəfat etdi. 30 yaşında bu həyatdan köçdü. Ona canımı qurban verərdim".

Qeyd edək ki, "Ölə Bilərəm", "Geri Dön", "Sevgi Qatarı" kimi mahnıları ilə populyarlaşan Şəfa Hüseynova 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində həlak olub. Onun həmin qəzada anası, 3 gün sonra özü, bir müddət sonra atası, ötən il isə qardaşı Zöhrab vəfat edib. Ailənin dünyasını dəyişən üzvləri Sumqayıt şəhərindəki qəbiristanlıqda dəfn ediliblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər