Müğənni Merve Özbəyin həyat yoldaşı həbs edildi - SƏBƏB

Müğənni Merve Özbəyin həyat yoldaşı həbs edildi - SƏBƏB
Şou-biznes 79

İstanbul Baş Prokurorluğunun Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən "Sarallar" cinayətkar qruplaşmasına qarşı aparılan istintaq çərçivəsində müğənni Merve Özbəyin həyat yoldaşı Kenan Koçak da daxil olmaqla 7 nəfər həbs olunub.

BAKU.WS hürriyet.com-a istinadən xəbər verir ki, 14 cinayət hadisəsinə qarışan 51 şübhəlinin saxlanılması üçün 28 dekabrda genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyat zamanı 31 nəfər saxlanılsa da, qruplaşmanın əsas üzvlərindən biri olan Turan Yıldırım və daha 19 nəfər ələ keçməyib.

İstintaq materiallarına əsasən, 15 yanvarda Turan Yıldırımın ölkədən çıxmasına kömək etdikləri iddia edilən Kenan Koçak, Ener Aktaş və Edirne Emniyyət İdarəsinin KOM Şöbə Müdiri Mehmet Deniz Karakurt saxlanılıb.

İttihama görə, Kenan Koçak və digər şübhəlilər Yıldırımı Edirne Emniyyət İdarəsinə məxsus rəsmi avtomobillə Edirne İpsala Sərhəd Qapısına aparıblar.

Məhkəmənin qərarı ilə Kenan Koçak, Mehmet Deniz Karakurt və daha 5 nəfər "Cinayətkarı gizlətmə", "Qanunsuz miqrasiya təşkil etmə" və "Silahlı cinayətkar qruplaşmaya yardım etmə" maddələri ilə həbs edilib.

Son xəbərlər