Müğənni Elçin ailəsi olmayan həmkarlarına "söz atdı" - VİDEO

Müğənni Elçin ailəsi olmayan həmkarlarına söz atdı  - VİDEO
Video
Şou-biznes 272

Müğənni Elçin Hüseynov qalmaqallı çıxışı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, “Günün sədası” proqramına müsahibə verən ifaçı bəzi həmkarlarına "söz atıb". O, ailəsi olmayan sənətçilərin efirdə ailə dəyərlərindən danışdığını, bunun isə gülünc göründüyünü deyib:

“Görürük də ailə problemi yaşayanları. Bunlar hamısı kişidən asılıdır. Qadının günahı yoxdur. Deməli, kişi ailəni düzgün qura bilməyib. Bəziləri var ki, özü düzgün ailə qurmağı bacarmayıb, amma efirdə ailə dəyərlərindən danışır. Bir tamaşaçı kimi kənardan onlara baxıb sadəcə gülürəm”.

Röya, Raya, Pənah və Əli adlı dörd övladı olan sənətçi onlardan da danışıb. Elçin qızları böyüdüyündən daha onlarla çəkilən şəkillərini sosial şəbəkə hesabında paylaşmayacağını bildirib:

“3-4 aydan bir biz uşaqlarla ziyarətə gedirik. Hər dəfə də o ziyarətə gedən övladlarımla şəkil çəkdirirəm. Sonuncu foto çəkdirəndə gördüm ki, artıq qızlarım böyüyüb, boyları mənə çatıb. Qızlarıma dedim ki, daha qurtardı sizinlə şəkil çəkdirib instaqramda paylaşmaq...”

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər