“Mənim yanıma heç kəs gəlmirdi” – Xalq artisti - VİDEO

“Mənim yanıma heç kəs gəlmirdi” – Xalq artisti - VİDEO
Video
Şou-biznes 865
Məşhur aktyor, xalq artisti Arif Quliyev “ARB Günəş”in “Məktəbli ikən” layihəsində öz məktəb illəri ilə bağlı maraqlı xatirələrini tamaşıçılarla bölüşüb:“Peşəyönümlü internat məktəbində təhsil almışam. Orada sex var idi, yaxşı stol və stul düzəldə bilirdim. Dərslərimi zəyif oxuyurdum. Dram dərnəyində də üzv idim və kiçik yaşlarımdan tamaşalarda çıxış edirdim. İnternat məktəbində ütü olmadığından şalvarımı gecə yatanda döşəyin altına qoyurdum ki, qırışmasın. Valideynləri olan uşaqların yanına gəlirdilər, biz də pəncərədən onlara baxıb həsəd aparırdıq. Bir dəfə məktəb yoldaşlarımdan biri üçün yaxınları noğul gətirmişdi. Ondan iki-üç dənə noğul istədim, lakin mənə vermədi. Mən də xalq artisti, müğənni Lütfiyar İmanova məktub yazdım ki, internat məktəbində oxuyuram və mənim yanıma heç kim gəlmir, sizdən mənə noğul göndərməyinizi xahiş edirəm. Bir həftədən sonra müəllimim mənə dedi ki, Lütfiyar İmanov sənə poçtla bir qutu noğul göndərib. Noğuldan bütün uşaqlara payladım, həmin uşaq mənə yaxınlaşıb üzr istədi”.“Mən məktəbli ikən” verilişi hər həftənin şənbə günü saat 18:00-da “ARB Günəş” də efirdə olur.BAKU.WS

Son xəbərlər