"Məni öldürmək istəyirdilər" - Flora Kərimovadan etiraf (VİDEO)
26
dek
2018
16:08
ATV-də yayımlanan "BizimləSən" verilişində qonaq olan Xalq artisti Flora Kərimova illər əvvəl başına gələn hadisədən danışıb. BAKU.WS-in məlumatına görə, müğənni bunları deyib: “Mənim həyatımda çox böyük faciələr olub. Artıq oğlumun 50 yaşı var. Ona qurban olaram. Bir dəfə böyük bir anlaşılmazlıq olmuşdu. Həmin məsələni aydınlaşdırmaq istəyirdim. Oğlumu və qızımı yanıma çağırdım. Oğluma dedim ki, mən gedirəm, döysələr, söysələr, işgəncə versələr sən digər otaqda olarsan, yanıma gəlməzsən. Məsələ öldürmək səviyyəsində idi. Amma oğlum harayla qışqırdı, yanıma gəldi. Söylədim ki, nə badə yanıma gələrsən. Çünki mən bilirdim ki, oğlumun əliylə mənə pislik edə bilərdirlər”. BAKU.WS
Oxşar xəbərlər
Flora Kərimova: "Övladlarıma dedim ki, sizdən imtina edəcəm" - VİDEO
ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı xalq artisti Flora Kərimova olub.Flora Kərimova maraqlı açıqlama verib:“Hərdən zarafat edirdim. Deyirdim ki,...