Əməkdar artist oğlunun ölümündən danışdı: "daş da düz şah damarını kəsdi" (VİDEO)

Əməkdar artist oğlunun ölümündən danışdı: daş da düz şah damarını kəsdi (VİDEO)
Video
Şou-biznes 4742

Azərbaycan Dövlət Kukla teatrının  aktyoru, əməkdar artist Rəhman Rəhmanov oğlunun faciəvi ölümündən danışıb.

BAKU.WS xəbər verir ki, "APA TV”-nin "Show time” verilişində qonaq olan aktyor deyib ki, oğlunun ölüm xəbərini eşidən gündən xəstəliyə düşüb: 

"Oğlumun faciəvi ölümünə pis oldum. Onun ölümündən sonra xəstəliyə tutuldum. Şəkər xəstəsi oldum. Onun vəfat etməsi xəbərini qəfildən dedilər, həmin anda da bədənimdə dəyişiklik hiss etdim. Oğlum çox gözəl müğənni idi. Evləndirmişdim, çox gözəl ailəsi var idi. Övladımı heç nədən itirdim. Ev tikdirirdik, ikinci mərtəbəsi qurulurdu. Evin içindən də pilləkən qaldırıldı. O pilləkən də tam qurulmamışdı. Yerdən 3 metr məsafədə idi. Oğlum o pilləkəndən yıxılıb, başına daş batdı. Və həmin an daş da düz şah damarını kəsdi. Və heç cür biz onu xilas edə bilmədik. Həyatımın ən çətin dövrü bu idi”.

Qeyd edək ki, "Show time” verilişi həftənin çərşənbə axşamı saat 15:10-da "APA TV”-də Yalçın Uğurun təqdimatında yayımlanır.

BAKU.WS

Son xəbərlər