Əməkdar artist dəhşətli davadan danışdı: "İnsanlar bir-birinə balta ilə hücum edirdilər" (VİDEO)
06
mar
2018
10:19
Xəzər TV-nin 5-də 5 verilişinin qonağı əməkdar artist Yusif Mustafayev olub. BAKU.WS-in məlumatına görə, efirdə Zaur Kamalla söhbətləşən müğənni maraqlı açıqlama verib. O bildirib ki, həyatda Allaha bir can borcu var: "Toy şənliklərində çox davanın şahidi olmuşam. Bu yaxınlarda məclislərdən birində insanlar bir-birinə balta ilə hücum edirdilər. Özümü atdım baltanın qabağına. Məni görən kimi baltanı saldı aşağı. Bu hadisə rayonda ucqar bir yerdə baş verib. Çox belə hadisələr görmüşəm". Əməkdar artist həyatda 3 şeydən qorxduğunu söyləyib. Onun sözlərinə görə, ilan, təyyarə və studiyadan çox qorxur. NazimBAKU.WS
Oxşar xəbərlər
Rüfət kanalları tənqid etdi: "Meyxanaçı kimdən səviyyəsizdir?"
Meyxanaçı Rüfət Nasosnu kanallardan narazılıq edib. BAKU.WS xəbər verir ki, o, sosial şəbəkədə paylaşdığı videoda meyxanaya verilişlərdə yer verilməməsindən gil...