Mina Hüseynova: “Ağılla hərəkət etsəydim, maşınım, evim olardı”
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Mina Hüseynova yeni açıqlaması ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, aparıcı İsa Şükürovun “YouTube” verilişinə qonaq olan sənətçi, müzakirələrə səbəb olacaq qalmaqallı açıqlamalar verib:
“Ağılla hərəkət etsəydim, indi taksidə gəzməzdim, maşınım və ya evim olardı. Sənəti olmayan bir çoxları kimi konsertlər verə bilərdim, Əməkdar və Xalq artisti adını alardım".
Hazırda sevgilisi olmayan Mina, şəxsi həyatından da danışıb:
"Münasibət qururam, danışıram, artıq buynuzları çıxanda bilirəm ki, bu insan mənə aid deyil... İstəmədiyinə görə, mən də uzaqlaşıram.
Artıq ağıllanmışam, çalışıram ki, sənətimlə məşğul olum. Başqa hər hansı münasibət haqqında düşünmürəm.
Hazırda həyatımda heç kim yoxdur. Kiminsə ciddi, sağlam ruhlu və düşüncəli olduğunu hiss etsəm və mənə sahib çıxmaq istədiyini görsəm ona şans verə bilərəm".
Oxşar xəbərlər
Mələk Heydərova: "Onları efirdə xoruz kimi döyüşdürürlər" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aparıcı Mələk Heydərovadır.- Özünüzü necə təqdim edərdiniz?- Təzə-təzə tanınmağa başlayanlar deyə bilər ki, aparıcı, aktrisa. Mənə...