Əminə ilk dəfə Emin Ağalarovun ofisində (FOTO)
Müğənni-bəstəkar Emin Ağalarov "İnstagram” bloqunda növbəti yeni fotosunu paylaşıb.
BAKU.WS primetime.az-a istinadən xəbər verir ki, Eminin yeni paylaşımı hər kəsin diqqətini çəkib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın övladlığa götürdüyü qızı Əminəni əkizlərindən ayırmayan məşhur müğənni onunla yeni fotosunu yayımlayıb.
İfaçı iş otağında çəkilən fotoya "İş günü xüsusilə sevincli olanda... Əminənin ofisimə ilk gəlişi” – qeydini yazıb.
Qeyd edək ki, E.Ağalarov bir il öncə müsahibəsində "Mənim soyadım hər zaman Əminənin qulluğundadır. Əgər istəsə soyadımı ona verərəm” – demişdi. O,
Əminəni öz qızı kimi sevdiyini, əkiz oğulları Əli ilə Mikayıldan ayırmadığını bildirmişdi.
Aysel.Ş
BAKU.WS
Oxşar xəbərlər
Emin İlham Əliyevlə birlikdə çəkdirdiyi fotosunu paylaşdı (FOTO)
Müğənni-bəstəkar Emin Ağalarov prezident İlham Əliyevlə birlikdə çəkdirdiyi fotosunu paylaşıb. BAKU.WS xəbər verir ki o, şəkli "İnstagram” bloqunda yerlşdirib....