Milyonçuların ədavəti Bakını necə gözəlləşdirdi? - ARAŞDIRMA - VİDEO

Milyonçuların ədavəti Bakını necə gözəlləşdirdi? - ARAŞDIRMA - VİDEO
Video
Şou-biznes 191

BAKU.TV-nin əməkdaşı Gülnar Muradovanın eyvanlar haqqında araşdırma materialı efirə gedib.

Qeyd edilib ki, binanın eyvanından onun əhvali-ruhiyyəsi, şəhərə münasibəti bilinir.

Memarın ruhunu ortaya qoyan da elə eyvanlardır.

Bakı eyvanlarının özünəməxsusluğu ondan ibarət idi ki, axşamçağı ev sakinləri pürrəngi çay içib, sərinləmək üçün bura çıxardılar.

Eyvanlar o qədər yaxın idi ki, qonşular bir-biri ilə söhbət edib, hal-əhval tutardılar. Araşdırmada qadınların eyvana çıxmağına pis münasibət göstərilməsindən də bəhs olunub.

Rəssam Mirteymur Məmmədov qeyd edib ki, qadınlar eyvana çıxanda, ona balkonda nə işin var deyirdilər.

“Həm də geyimləri ordan asmırdılar. Mən eyvanda qadın paltarları görməmişəm”, - deyə o əlavə edib.

Daha ətraflı süjetdə:

Son xəbərlər