İmişlidə müəllimənin intihar səbəbi məlum oldu

İmişlidə müəllimənin intihar səbəbi məlum oldu
Şou-biznes 4225
Ötən gün günorta saatlarında İmişlidə intihar hadisəsi baş verib. İmişli şəhərindəki 1 saylı orta məktəbin 65 yaşlı müəllimi Xanım Qanı qızı Cəfərova yaşadığı mənzildə sirkə turşusu içərək intihar edib. Müəllimin həyat yoldaşı bazardan evə qayıdarkən onu huşsuz vəziyyətdə aşkarlayaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdısa da, artıq gec olub. O, zəhərlənmədən dünyasını dəyişib.BAKU.WS unikal.org-a istinadən xəbər verir ki, İmişli rayonu N.Nərimanov adına şəhər 1 saylı humanitar fənlər təmayülli məktəb-liseyin direktoru Akif Mövsümov ölən müəllimin səhhətində problemlər olduğunu deyib:"Həmin müəllim may ayının 10-dan büllütenə çıxıb. Səhhətində problemlər olduğu üçün müalicə olunurdu. Daxili orqanlarında uzun müddət idi ki, problemlər var idi. Neçə müddətdir müalicə alırdı. Evində intihar edib. Ölən müəllimin bir subay oğlu var. Yoldaşı və oğlu ilə birlikdə yaşayırdı. Məktəb kollektivi də onun intihar etməsinə inanmır. Onun hansı səbəbdən intihar etməsini bilən yoxdur".BAKU.WS

Oxşar xəbərlər

65 yaşlı müəllimə dəhşətli şəkildə intihar etdi

65 yaşlı müəllimə dəhşətli şəkildə intihar etdi

İmişli rayonunda 65 yaşlı müəllimə intihar edib.BAKU.WS “Report”a istinadən xəbər verir ki, İmişli şəhər 1 saylı tam orta məktəbin müəllimi, 1953-cü il təvəllüd...

1205 Hadisə 09:59 04 iyun 2018

Son xəbərlər