Məşhur ingiltərəli aparıcı Gəncədə - FOTO
04
okt
2018
19:56
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Top Gear" televiziya proqramının tanınmış sabiq aparıcıları - Ceremi Klarkson, Ceyms Mey və Riçard Hammond Böyük Britaniyanın "The Grand Tour" proqramı çərçivəsində Azərbaycan ərazisində yeni avtomobillərin test-drayvlarını həyata keçirəcək.BAKU.WS-in məlumatına görə, Ceremi Klarkson artıq Gəncə şəhərindədir. Tanınmış aparıcı 1 milyondan çox izləyici olan "Instagram" hesabında Gəncədə çəkdiyi fotonu paylaşaraq, "Brutal work today" şərhini yazıb. Məşhurun azərbaycanlı izləyiciləri isə onun paylaşımına "Welcome to Azerbaijan" (Azərbaycana xoş gəlmişsiniz) şərhini veriblər. Məlumat üçün bildirək ki, məşhur ekspertlər 3 avtomobili - "Aston Martin DBS Superleggera", "BMW M850i" və "Bentley Continental GT" markalı maşınları ölkənin beş müxtəlif şəhərinin küçələrində test edəcəklər. Proqramın prodüserləri və müəlliflərinin sözlərinə görə, yeni avtomobillərin Azərbaycandakı test-drayvı xüsusilə möhtəşəm və cazibədar olacaq, tamaşaçıları isə aparıcılardan əyləncəli və şən sınaqlar gözləyir.Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
Afaq Gəncəli gəlin obrazında (FOTO)
"ATV maqazin 10larla" verlişinin məşhur aparıcısı Afaq Gəncəli imici ilə gündəm yaradıb. BAKU.WS xəbər verir ki, bir ara saçlarını tünd rəngə boyadan Afaq bu də...