Məşhur cütlüyün toy tarixi bəlli oldu (FOTO)
Aktyor Kənan İmirzalıoğlu və aktrisa Sinem Kobalın toy tarixi bəlli olub.
BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, ilyarımdır sevgili olan cütlük mayın 14-də, Cunda adasında nikaha daxil olacaqlar. Sinem toyda Tuvana Büyükçınarın hazırladığı gəlinliyi geyinəcək. Toy ümumilikdə 210 min lirəyə (təxminən 100 min manat) başa gələcək. Toy hazırlıqları ilə əlaqədar olaraq cütlük adaya mərasimdən əvvəl gedəcəklər. Aktrisanın adaya mayın 12-si yola düşəcəyi bildirilir.
Mərasimə dəvət olunan qonaqlar adaya xüsusi olaraq bəzədilmiş yaxtalarda gedəcəklər.
Qeyd edək ki, cütlük toy tarixlərini bundan əvvəl mayın 21-nə təyin etsələr də həmin tarixin İslam dinindəki müqəddəs tarixlərdən birinə, "Berat Kandili"nə düşəcəyini öyrəndikdən sonra dəyişiblər.
BAKU.WS
Oxşar xəbərlər
Türkiyənin ən çox danışdığı cütlük (FOTO)
"Eşkıya Dünyaya Hükümdar Olmaz" serialında tərəf müqabili olan tanınmış aktyor Oktay Kaynarca və aktrisa Deniz Çakırın bir müddətdir sevgili olduqları bildirili...