Məşhur aparıcı Malaxov azərbaycanlı çıxdı (VİDEO)
Rusiyanın məşhur teleaparıcısı Andrey Malaxov azərbaycanlı çıxıb.
BAKU.WS-in Rusiya mətbuatına isyinadən verdiyi məlumatda bildirilir ki, Rusiyanın OPT telekanalının "JİT Zdorova" verlişində maraqlı hadisə yaşanıb. Belə ki, verlişin aparıcısı Yelena Malışeva Malaxovun qanını DNT analizini edərək onun Azərbaycan kökənli olduğunu üzə çıxarıb. Malaxov öz instaqram səhifəsində paylaşıb: Bu səhəri şokla açmışam. "JİT Zdorovo" verlişini qaçıranlar üçün qısa xatırlatma. Belə ki, 2 ay əvvəl "Jit Zdorovo" verlişin aparıcısı Yelena Malişeva bir cox məşhur insanlardan, o cümlədən də məndən onların hansı kökənə malik olmalarını öyrənmək üçün DNT analizi götürüb. Yelena mənən şok yaşadıb. O məni verlişə cağıraraq bildirdi ki, boksçu Nikolay Valuyev mənim ata tərəfdən uzaq qohumumdur. Bizim xromosomlar uyğun gəlir. – deyə deyə o bildirib.
Andrey Malaxov Moskvaya şimaldan Murmansk əyalətindən köçüb. Amma bununla belə onun ata tərəfdən genetik qohumları Yəmənə, Sudana, Səudiyyə Ərəbistanına, Azərbaycana və Dağıstana qədər gedib cıxır. Aparıcının ana tərəfdən isə genetik qohumları Braziliyaya qədər yayılıb. Malışeva bildirib ki, onun təcrübəsində Malaxov bu qədər geniş yayılmış genetik şəcərəyə maılik ilk insandır.
Onun genetik qohumları həmçinin də Rusiyada, Amerikada, Meksikada və Braziliyada yaşayır. Malaxovun qan analizinə görə, 90 faiz avropalı olmasına baxmayaraq Qafqaz əsillidir.
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
Rusiyalı məşhur rəqqasə Bakını üstüaçıq maşınla gəzdi (VİDEO)
Məşhur rəqqasə, Rusiyanın TNT telekanalında yayımlanan "TNT tansı" müsabiqəsinin iştirakçısı Yelena Platonova Bakıda çəkilmiş videosunu izləyiciləri ilə bölüşüb...