Məşhur müğənninin iş adamı olan qardaşı həbs edildi

Məşhur müğənninin iş adamı olan qardaşı həbs edildi
Foto
Şou-biznes 335

Məşhur müğənni Haluk Leventin qardaşı, iş adamı Berkant Acil həbs edilib.

BAKU.WS xəbər verir ki, o İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən Şilə Bələdiyyəsindəki korrupsiya əməllərinə qarşı aparılan əməliyyatlar zamanı həbs edilib.

21 ünvanda keçirilən axtarışlar zamanı ümumilikdə 17 şübhəli şəxs saxlanılıb. Onlardan 13 nəfər də həbs olunub ki, biri də sənətçinin qardaşıdır.

Onlar cinayət törətmək məqsədilə təşkilat qurma; vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rüşvət tələb etmə kimi ağır maddələrlə ittiham olunurlar.

İddia olunur ki, rüşvət mexanizmi vasitəsilə qanunsuz mənfəət əldə edilib.

Qeyd edək ki, Berkant Acil, uzun illərdir tədbirlərin idarə olunması və ticarət sahələrində fəaliyyət göstərən bir iş adamıdır.

Karyerasına 1994-cü ildə Haluk Leventin orkestrində gitarist kimi başlayan Acil, 9 il ərzində konsertlərin təşkili, səhnə planlaması və menecerlik sahələrində çalışıb.

Daha sonra festival və müxtəlif sosial layihələrin rəhbərliyində təmsil olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Aqşin Fatehə ağır itki üz verdi

Aqşin Fatehə ağır itki üz verdi

Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. BAKU.WS-in məlumatına görə, onun atası Səyyad Hacıyev vəfat edib.  Mərhumun yas mərasimi sabah Xətai rayonunda keçiri...

819 Şou-biznes 15:17 07 oktyabr 2026

Son xəbərlər