Məşhur aktyor qardaşı ilə avtomobil qəzası keçirdi
14
okt
2025
14:06
Hollivud ulduzu Alek Bolduin qardaşı Stiven ilə avtomobil qəzasına düşüb.
BAKU.WS xəbər verir ki, hadisə Nyu-Yorkun East Hampton ərazisində yaşanıb.
Aktyorun və qardaşının "Range Rover"i qarşıdan gələn maşınla toqquşub daha sonra ağaca çırpılıb.
Toqquşma nəticəsində avtomobilin buferi və kapotu zədələnib. Bu barədə "TMZ" məlumat yayıb.
Qəza zamanı avtomobili kimin idarə etdiyi hələlik məlum deyil.
Xəsarət alanlar barədə məlumat verilməyib.
Oxşar xəbərlər
Firuzə İbadova xəstəliyindən danışdı: "Beş şiş çıxartdılar"
Əməkdar artist Firuzə İbadova ilk dəfə xəstəliyinin nə olduğunu açıqlayıb. BAKU.WS xəbər verir ki, o bu barədə "Şadlıq olsun" verilişinə telefonla bağlanarkən b...