Məşhur aktrisa: "Atamın vəfatını 6 il əvvəl yuxumda gördüm, 6 il sonra onu itirdik"
Tanınmış aktrisa Hilal Altınbilek, real həyatda başına gələn tükürpədici hadisədən danışıb.
BAKU.WS xəbər verir ki, o 2023-cü ildə dünyasını dəyişən atası Özdemir Altınbilekin vəfatını illər əvvəl yuxusunda gördüyünü bildirib.
Altınbilek, yaşadığı kədərli təcrübəni bu sözlərlə bölüşüb:
"Atamı itirməzdən 6 il əvvəl onun vəfatını yuxuda görmüşdüm. O vaxt atam tamamilə sağlam idi, heç bir xəstəliyi yox idi. Ayılanda o qədər qorxdum ki, nə baş verdiyini anlaya bilmədim. Yuxu o qədər real idi ki, oyandıqdan sonra da uzun müddət ağlamağa davam etdim. Həmin yuxudan müəyyən müddət keçdikdən sonra onda xəstəlik aşkar olundu və 6 il sonra onu itirdik".
Aktrisanın bu emosional etirafı qısa zamanda sosial şəbəkələrdə geniş əks-səda doğuraraq müzakirələr yaradıb.
Oxşar xəbərlər
Aytən Səfərova: "Səhər bunu yeyəndə efirdə yuxum gəlir"
Aparıcı Aytən Səfərova şəkərdən imtina edib. BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, o, bunun səbəbləri haqda "Xəbər ertəsi" proqramında danışıb: "Son vax...