Məşhurlar bu qadağanın ləğv olunmasına sevindilər - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda 2021-ci il oktyabrın 1-i tarixindən müəyyən sahələrdə karantin rejimi yumşaldılaraq bəzi müəssisələrin fəaliyyətinə qoyulan qadağa aradan qaldırılacaq. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bu sahələr arasında mədəniyyət obyektləri (konsert zalları daxil olmaqla) kinoteatrlar və teatrlar da var.
BAKU.WS xəbər verir ki, teatrların açılmasına sevinən məşhurlar müxtəlif foto və videolar yayımlayaraq bununla bağlı statuslar yazıblar.
Əməkdar artist Mehriban Xanlarova teatrların fəaliyyətinin bərpa olunmasına belə münasibət bildirib:
"Nəhayət, karantin qaydalarının yumşaldılması nəticəsində növbə teatrlara da çatdı. Artıq oktyabrın 2-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və digər bütün teatrların qapıları sevənlərinin üzünə açıq olacaq. Səhnəmizin pərdələri teatr xadimlərinin və teatr sevənlərin gəlişi ilə açılacaq".
"Əziz teatrsevərlər və həmkarlarım, hamınıza ilk növbədə cansağlığı arzu edirəm. İnşallah, hər şey ürəyimizcə olar. Uğur bizdən əl çəkməsin. Uzun müddətdən sonra teatrların açılması sevincimi sizinlə bölüşmək istədim"- deyə, Xalq artisti, qeyd edib.
"Oktyabrın 1-dən teatrlar açılır. Səhnə, obrazlarım, tamaşaçı alqışı üçün çox darıxmışam. Allah izin versə yəqin ki, sizlərlə teatrda görüşəcəyik"
Oxşar xəbərlər
Azərbaycanın məşhur qohumları - FOTO
Azərbaycanın mədəniyyət, incəsənət və şou-biznes aləmində bir-birindən məşhur qohumların sayı yetərincədir. BAKU.WS sözügedən məşhurların siyahısını təqdim edir...