Məşhur rusiyalı aktrisanın qızı sevgilisi ilə Bakıda dincəlir - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur rusiyalı aktrisa Anastasiya Zavorotnyukun böyük qızı Anna sevgilisi ilə birlikdə Bakıda dincəlir.
BAKU.WS xəbər verir ki, 26 yaşlı model bu barədə instaqram hesabında paylaşım edib.
“Hava gündə beş dəfə dəyişir! Mən yəqin heç vaxt bir neçə saat ərzində bu qədər paltar soyunub-geyinməmişəm. Soyuq küləyə görə olur, o, burada kifayət qədər güclüdür. Qədim şəhər bir möhtəşəmdir, memarlığı ilə bəzi yerlərdə Parisi, bəzi yerlərdə isə İstanbulu xatırladır. Yemək demək olar hər yerdə ləzzətlidir, xüsusən də ət, kabab, dönər. İnsanlar çox mehriban və qonaqpərvərdirlər”, - deyə yazaraq Azərbaycana səfəri ilə bağlı ilk təəssüratlarını bölüşüb.
Oxşar xəbərlər
Van Dammın oğlu: “Atam demişdi ki, mütləq Azərbaycandan olan bir xanımla evlən” - FOTO
Məşhur aktyor Jan Klod Van Dammın oğlu Kristofer Van Damm və onun azərbaycanlı xanımı Suada Hacızadə Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya...