Məşhur model Orxan Lökbatanlı ilə otel görüntüsünü yaydı - FOTO

12
okt
2019
11:06
Model Aysu Bədəlzadə meyxanaçı Orxan Lökbatanlı ilə bərabər görüntüsünü paylaşıb.BAKU.WS xəbər verir ki, Aysunun paylaşdığı fotonun otel otağında çəkilməsi izləyiciləri qıcıqlandırıb. Aysunu evli kişi ilə görüşdüyü üçün ittiham edənlər də olub, onlara xoşbəxtlik arzulayanlar da. Maraqlıdır ki, şərhlərə cavab verən Aysu Orxanı sevdiyini yazıb. Qeyd edək ki, boşanma ərəfəsində olduğu deyilən Orxan Lökbatanlı model Aysu Bədəlzadə ilə sevgili olması xəbərlərini təkzib edir. O, heç kimlə sevgili olmadığını, ailəsində isə hər şeyin qaydasında olduğunu bildirib. Xatırladaq ki, model Aysu Bədəlzadə ATV telekanalında yayımlanan “Dəb Mənəm” verilişi ilə məşhurlaşıb.
Aysel

Oxşar xəbərlər
"Arvadından xəbəri olmayanlar..." - Orxan Lökbatanlı Aysu ilə sevgili olmasından danışdı - VİDEO
Tanınmış meyxanaçı Orxan Lökbatanlının model Aysu Bədəlzadə ilə sevgili olması xəbərlərini təksiz edib.BAKU.WS xəbər verir ki, meyxanaçı heç kimlə sevgili olmad...
