Məşhur blogerə ad günündə qaz hədiyyə edildi - VİDEO

Məşhur blogerə ad günündə qaz hədiyyə edildi - VİDEO
Video
Şou-biznes 161

Bir neçə gün əvvəl Rusiyada yaşayan məşhur azərbaycanlı bloger Hüseyn Həsənov özünə ad günü keçirib.

BAKU.WS xəbər verir ki, blogerin təmtəraqlı ad günü daha çox bahalı və əyləncəli hədiyyələrlə yadda qalıb. Belə ki, Hüseynə bahalı ətirlər, maraqlı süvenirlər, o cümlədən ev bağışlayıblar. Onun hədiyyələri arasında ən diqqət çəkəni isə qaz olub. Blogerə ad günü məclisində qaz hədiyyə edilib.

Qeyd edək ki, Hüseynin ad günündə Xalq artisti Emin Ağalarov, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qızı Kseniya Şoyqu, müğənnilər Adil Karaca, Hamali, Elman, Olqa Buzova və digər məşhurlar iştirak ediblər. K.Şoyqu Hüseynə oyuncaq qırmızı "Gelandewagen” avtomobili hədiyyə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər