Məşhur aktyor keçmiş həyat yoldaşını oğurluqda ittiham edir
Yeniliklərdən dərhal xəbərdar olun
Amerikalı aktyor Kevin Kostner keçmiş həyat yoldaşı, dizayner Kristin Baumqartneri kredit kartı borcunu artırmaqda ittiham edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Page Six" məhkəmə sənədlərinə istinadən yazır.
Nəşrin məlumatına görə, 68 yaşlı aktyor keçmiş arvadının "xəbər vermədən" kredit kartından 95 min dollar xərclədiyini iddia edir.
Sənətçi mediada yayılan söz-söhbətlərdən və fırıldaqçılardan qorxduğu üçün gəlirləri ilə bağlı məlumatı ictimaiyyətə açıqlamaq fikrində olmadığını bildirib. O, hesab edir ki, keçmiş arvadı pulu qəsdən oğurlayıb ki, camaat onun vəziyyətindən xəbər tutsun.
Pulunu razılıq olmadan istifadə etməklə yanaşı, Kostner Baumqartneri Kaliforniyadakı 145 milyon dollarlıq evindən köçmək istəməməkdə ittiham edir.
Məlumata görə, aktyor dizayneri məhkəməyə verib və bildirib ki, o, nikah müqaviləsinin şərtlərinə əməl etməyərək, əşyalarını yığmaqdan və evi tərk etməkdən imtina edib.
Oxşar xəbərlər
Azərbaycanlı müğənnilərin "YOUTUBE" QAZANCI - 42 min AZN - FOTO - SİYAHI
Daim gündəmdə olan yerli məşhurların özləri qədər qazancları da hər kəsin maraq dairəsindədir. Bu dəfə sosial şəbəkələrdə aktiv olan müğənnilərin yutub gəlirlər...