Mənzil hədiyyə edilən qazi ilə Milli Qəhrəmanın qızının toyundan GÖRÜNTÜLƏR - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Vətən müharibəsi qazisi Denis Quzlayevlə Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyova ailə həyatı qurublar.
BAKU.WS xəbər verir ki, paytaxt retsoranlarından birində təşkil edilən mərasim zamanı cütlüyə mənzil hədiyyə edilib.
Bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov sosial şəbəkə paylaşımında bildirib:
“Onların şad günlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gənc ailəyə yeni mənzil təqdim edildi. Xoş günlər yaşasınlar!”.
"Real TV" əməkdaşları cütlüyün toyunda iştirak ediblər. Onlar mərasimdən maraqlı kadrlar lentə alıblar. Cütlük xoş gününü "Real TV" əməkdaşları ilə bölüşüb.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...