Məleykə Əsədovanın QIZININ MƏZUN GÜNÜNDƏN GÖRÜNTÜLƏR - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Məleykə Əsədovanın qızı orta məktəbi bitirib.
BAKU.WS xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında bildirib. O, gözünün ağı-qarası olan yeganə qızı Güləri orta təhsil müəssisəsini bitirməsi münasibətilə təbrik edib.
Xalq artisti övladı ilə fotolarını paylaşaraq ona xoş sözlərini yazıb:
"Şükür olsun Allahıma, qızımın son zəngini gördüm! Son zəng! Çox şükür olsun, mənim ağıllı qızım məktəbi bitirdi! Məktəbi oxuduğu illərdə, Gülərimə dərs deyən müəllim kollektivinə təşəkkür edirəm!
Təhsil aldığı 11 il ərzində müəllimlər həmişə qızımın savadından, tərbiyəsindən çox gözəl fikirlər söyləyiblər! Qızım bu illər ərzində tərbiyəsi və mədəniyyəti ilə başımı uca edib! 1-ci sinifə getdiyi gün, ilk məktəb günü bugünkü kimi yadımdadı! Allah valideynləri övladı ilə sevindirsin! Amin! Ürəyim qızımın aldığı nəfəslə döyünür!"
Qalereya
Oxşar xəbərlər
Cavan Zeynallı: “O dueti Flora xanım başqa adamla oxumalı idi” - FOTO
Xalq artisti Cavan Zeynallı "APA"ya müsahibə verib. Karyerasından və şəxsi həyatından danışan sənətçi maraqlı açıqlamaları ilə diqqət çəkib. BAKU.WS həmin müsah...