Meladzenin fəaliyyəti yoxlanıla bilər – Rusiyada çağırış edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada müğənni Valeri Meladze ilə bağlı yoxlama aparılması tələbi irəli sürülüb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Federal Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin rəhbəri Vitaliy Borodin sənətçinin xaricdən maliyyələşdirilməsi ehtimalının araşdırılmasını təklif edib. Buna səbəb Meladzenin Ukrayna mənşəli cütlüyün toy mərasimində çıxış etməsi göstərilir.
Borodin bildirib ki, müğənninin bu tədbirdə iştirakı ödənişli olub və əldə etdiyi qonorar xarici maliyyə kimi qiymətləndirilə bilər. O, həmçinin qeyd edib ki, tədbirdə Maksim Qalkin də iştirak edib.
Məlumata görə, sözügedən toy Fransanın Kann şəhərində keçirilib. Tədbirdə müxtəlif ölkələrdən olan tanınmış şəxslər iştirak edib, musiqi proqramında isə Meladze ilə yanaşı, amerikalı ifaçı Riki Martin də səhnə alıb.
Hazırda məsələ ilə bağlı rəsmi araşdırmanın başlanıb-başlanmadığı barədə məlumat verilməyib.
Oxşar xəbərlər
Məşhur müğənni 25 tələbəyə 1 milyon lirə təqaüd verəcək: "Əlini daşın altına qoymalısan"
Türkiyəli müğənni Çelik 25 tələbəyə ümumi dəyəri 1 milyon lirəyə çatacaq təqaüd yardımı göstərəcəyini açıqlayıb. BAKU.WS xəbər verir ki, sənətçi Murat Dinlerin...