Məhkəmə İbrahim Tatlıses barədə qərar verdi
Türkiyəli müğənni İbrahim Tatlısəslə oğlu Əhməd Tatlısəs arasında yaşanan gərginlik məhkəməyə qədər çatıb. Əhməd Tatlısəsin atasına qarşı psixi sağlamlıq və qəyyumluq iddiası məhkəmə tərəfindən rədd edilib.
BAKU.WS xəbər verir ki, məhkəmə İbrahim Tatlısəsin tam ruhi sağlam olduğunu və öz işlərini idarə edə bildiyini müəyyən edib. Bundan əlavə, sənətçiyə qarşı təhdid iddialarına görə Əhməd Tatlısəs barəsində həbs-qətimkan tədbiri seçilib və ona elektron qolbaq taxılıb.
İbrahim Tatlısəs vəkilləri vasitəsilə açıqlama yayıb:
"Psixi cəhətdən tam sağlamam, sərvətimi və həyatımı şübhə altına almaq heç kimin haqqı deyil."
Qeyd edək ki, Tatlısəslər ailəsindəki bu gərginlik bir ildir davam edir və tərəflər arasında heç bir əlaqə olmadığı bildirilir.
Oxşar xəbərlər
"Yeşilçam" ulduzlarının özü kimi məşhur övladları - SİYAHI
Bəzi "Yeşilçam" ulduzları var ki, onların da övladları da özü kimi həm məşhurdurlar həm də aktyorluqla məşğuldurlar. Lakin bu sahədə fəaliyyət göstərməyib özünə...