"Məhəllə"nin "Qüdrət"nin animasiyası hazırlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Bir zamanlar sevilərək izlənilən "Məhəllə" filmində "Qüdrət"(Rafael İsgəndərov) obrazının animasiya versiyası hazırlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Əməkdar artist Rafael İsgəndərov bildirib.
O sosial şəbəkə hesabında 21 il əvvəl canlandırdığı "Qüdrət" obrazının animasiya versiyasını izləyiciləri ilə bölüşüb.
Aktyorun bu paylaşımı böyük maraqla qarşılanıb.
Xatırladaq ki, "Məhəllə" 2003-cü ildə Ramiz Fətəliyev tərəfindən çəkilmiş komediya filmidir.
Ekran işinin süjet xəttində kiçik bir məhəllə və bu məhəllənin sakinlərinin başına gələn məzəli əhvalatlardan danışılır.
Rollarda Rafael İsgəndərovla yanaşı, Əməkdar artistlər Coşqun Rəhimov, Kübra Əliyeva, Dilarə Əliyeva, Tahir və Cabir İmanov qardaşları, mərhum Elçin Həmidov, mrhum Xalq artistləri Yaşar Nuri, Avtandil İsrafilov və başqaları çəkiliblər.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...