May ayının hava proqnozu - 32 dərəcə isti olacaq
30
apr
2018
14:31
May ayına olan hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, may ayında ölkə ərazisində havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, ayrı-ayrı yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var. Əsasən dağlıq və dağətəyi ərazilərdə bəzi günlərdə leysan xarakterli yağışların yağması və dolu düşməsi ehtimal olunur. May ayının birinci ongünlüyündə hava şəraitinin mülayim və nisbətən sabit keçəcəyi gözlənilir. Cənub-şərq küləyinin şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir güclənəcəyi gözlənilir.Bakıda və Abşeron yarımadasındaOrta aylıq temperaturun 18-20 dərəcə isti (gecələr 12-17, gündüzlər 21-26, bəzi günlərdə 28-32 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-21mm) olacağı gözlənilir.Naxçıvan Muxtar RespublikasındaOrta aylıq temperaturun 17-20 dərəcə isti (gecələr 10-15, gündüzlər 22-27, bəzi günlərdə 30-34 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 33-62 mm) gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarındaOrta aylıq temperaturun 12-14 dərəcə isti (gecələr 7-12, gündüzlər 12-17, bəzi günlərdə 22-25 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 68-122 mm) olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındaOrta aylıq temperaturun 18-20 dərəcə isti (gecələr 11-16, gündüzlər 19-24, bəzi günlərdə 28-30 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 31-54 mm) olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarındaOrta aylıq temperaturun 16-19 dərəcə isti (gecələr 10-15, gündüzlər 17-22, bəzi günlərdə 24-28 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 26-166 mm) gözlənilir.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarındaOrta aylıq temperaturun 19-21 dərəcə isti (gecələr 12-17, gündüzlər 21-26, bəzi günlərdə 28-31 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 26-62 mm) olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarındaOrta aylıq temperaturun 15-19 dərəcə isti (gecələr 12-17, gündüzlər 19-24, bəzi günlərdə 26-28 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 41-72 mm) olacağı gözlənilir.BAKU.WS
Oxşar xəbərlər
Apreldə hava necə olacaq ? ETSN açıqlama...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-a verilən məlumata görə, aprel ayında havanın orta aylıq temperaturu...