“Marslı” filmi gerçək oldu - FOTOLAR
Yeniliklərdən dərhal xəbərdar olun
Altı elm adamının iştirakı ilə həyata keçirilən 1 illik "Marsda həyat” adlı layihə başa çatıb.
BAKU.WS xəbər verir ki, 1 il ərzində müxtəlif ölkələrdən olan 6 alim "Marslı” filmindəkinə oxşar şəraitdə yaşamağa çalışıblar. Onlar Havayda - 2 min 500 metr hündürlüyündə olan Mauna Loa dağında dünyadan təcrid olunmuş formada yaşayıblar. Alimllər bu müddət ərzində quraqlıq şəraitə baxmayaraq, müxtəlif texnologiyaların vasitəsilə su və qida əldə etməyi bacarıblar.
Elm adamları bu təcrübənin uğurla başa çatmasının çox önəmli olduğunu bildiriblər. Onların sözlərinə görə, çox yaxında Marsda koloniyalar qurula bilər.
Xatırladaq ki, daha öncə də Rusiyada oxşar bir layihəyə start verilmiş, bir neçə araşdırmaçı 580 gün dünyadan təcrid olunmuş formada yaşamağa çalışmışdı.
BAKU.WS
Oxşar xəbərlər
Sarkisyanın qorxulu yuxusu gerçək oldu: Moskvadan cavab gəldi
"Dördgünlük müharibə”də Ordumuz tərəfindən sarsıdıcı zərbələr alan Ermənistanın düşərgəsində təşviş isterika həddinə çatıb. BAKU.WS-in məlumatına görə, Azərb...