Manananın həyat yoldaşından canlı efirdə eşq etirafı - VİDEO
29
dek
2021
17:16
Əməkdar artist Manana Caparidzenin 42 yaşı tamam olub.
BAKU.WS xəbər verir ki, "Həmin Zaur" proqramına qonaq olan sənətçini həyat yoldaşı onu efirdə təbrik edib. Aparıcı Zaur Kamalın təkidi ilə səhnəyə gələn Georgi Qabelave həyat yoldaşını Azərbaycan dilində təbrik edərək onu sevdiyini deyib:
"Mənim sevgilim, bayramın mübarək, səni sevirəm".
Bu sözlərdən sonra Manana sevilən ifalarından olan "Hardasan, sevgilim" mahnısını ifa edib.
Qeyd edək ki, Manana Caparidze biznesmen Georgi Qabelave ilə 14 ildir evlidir. Cütlüyün bir oğlu, bir qızı var.
Oxşar xəbərlər
Manana Çaparidze 13 yaşlı qızı ilə - FOTO
Əməkdar artist Manana Çaparidze sosial şəbəkədə yeni paylaşım edib. BAKU.WS xəbər verir ki, sənətçi 13 yaşı tamam olan qızı Elizabetlə yeni fotolarını yayımlayı...