Manaf döyülmə xəbərlərindən danışdı: "Van Dam, Brüs Li deyiləm, məni də döyə bilərlər" - VİDEO

Manaf döyülmə xəbərlərindən danışdı: Van Dam, Brüs Li deyiləm, məni də döyə bilərlər  - VİDEO
Video
Şou-biznes 1495

Bir neçə gündür, Penitensiar Xidmətin Müalicə Müəssisəsinin sabiq rəisi Elgiz İsmayılovun tanınmış müğənni Manaf Ağayevi döyməsi ilə bağlı iddialar yayılıb. "Facebook" səhifələrinin birində yazılanlara görə, tez-tez Penitensiar Xidmətin Müalicə Müəssisəsində dostu ilə görüşə gedən tanınmış ifaçı müəssisənin əməkdaşları ilə kobud rəftar edib. Bunu bilən Elgiz İsmayılov görüş yerinə gələrək M.Ağayevlə söhbət etmək istəyib. Məhz bundan sonra tərəflər arasında mübahisə yaranıb. Olanları həzm edə bilməyən E.İsmayılov ailəvi görüş otaqlarından birində Manafı döyüb. Başqa bir məlumata görə isə bu hadisədən möhkəm qəzəblənən Manaf Ağayev dostları vasitəsilə Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovla dil tapıb və ona külli miqdarda pul verərək Elgiz İsmayılovu Müalicə Müəssisəsinin rəisi vəzifəsindən xaric etdirib.

BAKU.WS xəbər verir ki, müğənni məsələ ilə bağlı Tarix Əliyevin (Tolik) “Youtube”da yayımlanan " rel="external noopener noreferrer">“Səmimi” layihəsində təfərrüatı ilə açıqlama verib. Manaf Ağayev yayılan xəbərlərin yalan olduğunu deyib:

“Mən Van Dam, Brüs Li deyiləm, məni də döyə bilərlər. Amma məni döyən gərək yaralı buraxmasın. Gecə-gündüz yatmadan qisas barədə düşünərəm.

Mən buradan Elgiz müəllimə dərin təşəkkürümü bildirirəm. Mən həbsxana rəislərini yaxşı tanıyıram, çünki mən həbsxanaya konsertlərə çox getmişəm. Mən həyatda Elgiz kimi qabiliyyətli, mədəni insan görməmişəm. O, bizim qulluğumuzda necə dururdu, camaatı qarşılayırdı. Allah şahiddir ki, mən olanı deyirəm. Bu, boş-boş bəhanələrdir kimisə gözdən salmaq üçün. Guya mən onu işdən çıxartdırmışam, o boyda polkovniki işdən çıxartdırmışam? O sadəcə yerini dəyişdi. Onun kimləsə ədavəti var, yəqin, məni də atıblar ortaya. Eşitdiyimə görə, məlumatı yayanlar “yatıb-çıxmış” jurnalistlərdəndir. Onlara pislik etmək istəyir, məni ortaya atıb. Mən də onları məhkəməyə verəcəyəm".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər