Manaf Ağayev: "Zülfiyyə xanımla yol getmişəm, həyatıma nifrət eləmişəm" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Manaf Ağayev yeni açıqlaması ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, "Günün sədası" verilişinə qonaq olan ifaçı aşıq Zülfiyyənin maşını yüksək sürətlə idarə etdiyini bildirib. Sənətçi həmkarının bu addımını qınayıb:
"Avtomobillə oynamaq olmaz. Rayona gedəndə sürücü radarın olmadığını bilib, nəqliyyat vasitəsini yüksək sürətlə idarə edəndə deyirəm, sürəti azalt. Ümumiyyətlə, sürətlə avtomobil idarə edənləri sevmirəm.
Bir dəfə Zülfiyyə xanımla yol getmişəm, həyatıma nifrət eləmişəm. Zülfiyyə xanım avtomobili yüksək sürətlə sürürdü. Onda da biz toya gecikmişdik.
Avtomobil "mən ölüm, sən ölüm"ə baxmır. Bir saniyə içində hər şey olur. Nəqliyyat vasitəsini bir az aşağı sürətlə sürmək lazımdır. O gedişlə bu gedişin arasında 10 dəqiqə vaxt var".
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...