Madonna müalicədən sonra səhnəyə qayıdır - FOTO

Madonna müalicədən sonra səhnəyə qayıdır - FOTO
Şou-biznes 5

Madonna bakterial infeksiya səbəbiylə xəstəxanaya yerləşdirildikdən həftələr sonra təxirə saldığı "Celebration" turunu bərpa edəcəyini açıqlayıb.

BAKU.WS xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında bildirib.

"Son bir neçə həftə ərzində inanılmaz dəstəyinizə və səbrinizə görə bir daha təşəkkür edirəm! Yenidən işlənmiş tur cədvəlinin yaxın bir neçə gün ərzində təqdim ediləcəyini bildirməkdən məmnunam! Tezliklə layiqli şənlikdə görüşənədək!" – müğənni yazıb.

Yanvar ayında müğənni bu il musiqi karyerasının 40 illiyi şərəfinə dünya turnesinə çıxacağını açıqlamışdı.

Lakin Madonna xəstəliyi səbəbindən turu təxirə salmalı olub.

Müğənni ciddi bakterial infeksiyaya yoluxub və bir müddət reanimasiya şöbəsində qalıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər