Serenay Sarıkaya, Mabel Matiz və digər məşhurlara narkotik ƏMƏLİYYATI - 25 nəfər saxlanıldı
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində yeni əməliyyat dalğası həyata keçirilib.
BAKU.WS xəbər verir ki, Bakırköy Respublika Prokurorluğunun apardığı araşdırma əsasında İstanbul və Muğlada ümumilikdə 25 ünvanda axtarış və saxlanılma tədbirləri keçirilib.
Əməliyyat zamanı aralarında Serenay Sarıkaya, Mabel Matiz, Tan Taşçı, Berkay Şahin, Blok3, Feyza Civelek, Onur Tuna və digər tanınmış şəxslər olmaqla 25 nəfər gözaltına alınıb.
Məlumata görə, istintaq çərçivəsində daxil olan məlumatlar, rəqəmsal materiallar və digər sübutlar araşdırıldıqdan sonra şübhəlilərin narkotik və psixotrop maddələrdən istifadə etdiyi ehtimalı müəyyən olunub.
Əməliyyat İstanbulun Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane və Üsküdar rayonları ilə yanaşı, Muğla vilayətində də keçirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Saxlanılan məşhurları təqdim edirik:
-Serenay Sarıkaya
-Berkay Şahin
-Tan Taşçı
-Yağmur Ünal
-Mirgün Cabas
-Blok3
-Mabel Matiz
-Feyza Civelek
-Niran Ünsal
-Volkan Bahçekapalı
-Onur Tuna
-Osman Haktan Canevi
-Aslıhan Turanlı
-Eren Kesimer
-Kübra İmren Siyahdemir
-Mehmet Rahşan
-Cansu Tekin
-Özgür Deniz Cellat
-Yasemin İkbal
-Tarık Tunca Bakır
-Hanzede Gürkanlar
-Aycan Yağcı
-Tuğçe Postoğlu
-Eda Dora
-Semiha Bezek
Oxşar xəbərlər
67 yaşlı aparıcının son halı gündəm oldu
Türkiyəli məşhur aparıcı Reha Muhtarın son halı gündəm olub. BAKU.WS xəbər verir ki, restoranlardan birində olan aparıcı yuxulu vəziyyətdə kamerlara tuş gəlib....