İlyas Yalçıntaş Bakıya gəlir - Bilet qiymətləri açıqlandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyəli müğənnilərin Azərbaycana axını davam edir.
BAKU.WS xəbər verir ki, bu dəfə gənc popçu İlyas Yalçıntaş Bakının qonağı olacaq. Yalçıntaş musiqisevərlərə konsert verəcək.
Onun musiqili proqramı "Elektra Events Hall"da baş tutacaq. İlyas pərəstişkarları qarşısında bir-birindən hit və sevilən mahnılarını səsləndirəcək. Türkiyəli məşhurun konsertinə biletlər 45 AZN-dən başlayır.
Qeyd edək ki, Türkiyənin reytinqli layihələrindən olan "X- Factor" yarışmasındakı "İncir" ifası ilə tanınan İlyas "Gel be gökyüzüm", "İçimdeki duman" mahnıları ilə məşhurlaşıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanlı müğənnilərin yeni toy qiymətləri - SİYAHI
Müğənnilərin toy qiymətləri hər zaman insanlara maraqlı olub. Bu mövzu bu günə qədər aktuallığını qoruyub saxlaya bilir. Hazırda hamını karantindən sonra müğənn...