İllərdir Amerikada yaşayan azərbaycanlı aparıcının ailə fotoları
İllərdir Amerikada yaşayan aparıcı Günel Musəvi sosial şəbəkədə ailə fotolarını paylaşıb.
BAKU.WS-in məlumatına görə, Günel qızı Sevilin 3 aylıq olduğunu qeyd edib və şəklini öz Instagram-ında yerləşdirib.
Günel Musəvi 1999-cu ildə 106 FM radiosunda dj-aparıcı vəzifəsində çalışıb. 2000-ci ildə "ABA” telekanalında Azərbaycanda ilk yerli hit paradı - "Qızıl onluq” verilişini yaradıb və onun aparıcısı olub. Bunun ardınca əyləncəli-musiqili "100%” verilişində aparıcılıq edib. Həmin il "100%” verilişinə görə ilin ən yaxşi musiqili-əyləncəli veriliş nominasiyasında "Grand” mükafatına layiq görülüb.
2001-2002-ci illər ərzində "Lider” teleradio şirkətində "Tezdən oyan” və Lider -107 FM radiosunda "Tərsinə” verilişlərində aparıcı olub. 2003-2004-cü illərdə "Space” TV-də "Çərçivə” musiqili-əyləncəli verilişini yaradıb və bu verilişin aparıcısı olub.
2006-2008-ci illərdə yenidən "Lider” TV-də vaxtı ilə populyar olmuş "100%” verilişini bərpa edib. 2009-cu ildə Amerikanın Alabama ştatının Troy şəhərində "Troy” Universitetində təhsilini davam etdirməyə yollanıb. 2010-cu ildə Amerikanın Minnesota ştatının Sent Pol şəhərinə yerləşib.
"Every Azeri” adlı onlayn jurnalının təsisçisidir. O, eyni zamanda Amerika və Azərbaycanı bir-birinə tanıtmaq məqsədilə "YouTube” ineternet kanalında silsilə verilişlər təqdim edib.
Nazim Babayev
BAKU.WS
Oxşar xəbərlər
Günel qardaşı ilə şıdırğı rəqs etdi (VİDEO)
Azərbaycanlı müğənni Günel Instagram hesabından maraqlı video paylaşıb. BAKU.WS-in məlumatına görə, Türkiyədə yaşayan həmyerlimiz qardaşı Tunarla birlikdə rəq...