İlhamə Qasımova: "Arxamca düşüb söz atırdılar, evə gəlib ağlayırdım" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Orta məktəbdə oxuyanda məktəbimi dəyişdim, yəni orada “gəlmə” idim. 2-3 il o məktəbdə uşaqlar məni qəbul etmirdilər. Əlaçı idim, bu da onlara pis təsir edirdi. Atmacalar atırdılar, partamın üstünə adımı bəzəyib yazırdılar".
BAKU.WS xəbər verir ki, bu sözləri "Üzə-düz" proqramına qonaq olan müğənni İlhamə Qasımova deyib. Sənətçi təhsil aldığı yeri dəyişdiyindən yeni sinif yoldaşlarının onu qəbul etmədiyini və ailədə maddi problemlər yaşadığını deyib:
"Oğlanlar arxamca düşüb xorla söz atırdılar, evə gəlib ağlayırdım. Sataşırdılar, qəbul etmirdilər. 20 ilə evimiz tikilib. Ailənin o qədər problemləri var idi ki... Gəlib valideynlərimə danışanda fikir vermirdilər, mənə də deyirdilər ki, baş qoşma. Mənim həyatımda elə şeylər olanda daha da güclü olurdum. Uşaqlarla da, 1-2 il dözdüm, sonra dostlaşdıq”.
Oxşar xəbərlər
Cavan Zeynallı: “O dueti Flora xanım başqa adamla oxumalı idi” - FOTO
Xalq artisti Cavan Zeynallı "APA"ya müsahibə verib. Karyerasından və şəxsi həyatından danışan sənətçi maraqlı açıqlamaları ilə diqqət çəkib. BAKU.WS həmin müsah...