"Leyli" arxiv görüntülərini paylaşdı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Flora Kərimova arxiv görüntüləri ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında illər əvvəl "Leyli" obrazını canlandırdığı zaman lentə alınan şəkillərini paylaşıb.
Fotolarda mərhum sənətçilər Xalq artisti Bəhram Mansurov və Xalq rəssamı Mikayıl Abdullayev də yer alıblar. İfaçı arxiv görüntülərinə bu sözləri də əlavə edib:
"Bir neçə gün öncə Azərbaycan İncəsənət Müzeyində Mikayıl Abdullayevin fərdi sərgisində təsadüfən öz şəklimi gördüm. Şəkildə sağ tərəfdə Mikayil Abdullayev, solda isə Bəhram Mansurov dayanıb. "Leyli" olduğum zamanın səhnə tərtibatını Mikayıl bəy verib. Düşündüm ki, dahilərin əlindən tutub səhnəyə çıxardığı insan olmaq sənətkar üçün bir başqa xoşbəxtlikdir!"
Qalereya
Oxşar xəbərlər
Həsənağa Turabovla eşq yaşadı, əri ona alınan maşını İlhamə Quliyevaya bağışladı, övladlığa uşaq götürdü...
BAKU.WS Kulis.az-a istinadən böyük sənətkar, estrada musiqilərinin əvəzolunmaz ifaçısı, Xalq artisti Flora Kərimova haqqında maraqlı faktları təqdim edir. Flora...