Ledi Qaqa Trampa qarşı keçirilən etiraz aksiyasında: göz yaşlarına boğuldu (FOTO)
ABŞ-da Donald Trampın prezident seçilməsi onun rəqibi Hillari Klintona dəstək verən məşhurların etirazına səbəb olub.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, müğənni Ledi Qaqa da nəticələri Klintonun seçki qərargahına aid olan çadırda izlədikdən sonra göz yaşlarını saxlaya bilməyib.
O, Nyu-Yorkda "Tramp qüllələri"nin qarşısındakı etiraz mitinqinə qatılıb.
L.Qaqa əlində Trampın adına uyğun düzəldilən "Sevgi nifrəti məğlub edəcək" (Love Trumps Hate) şüarını da tutub.
İfaçı "Twitter” hesabından paylaşdığı mesajda isə hər kəsi etiraza səsləyib:
"Ümid dolu bir otaqda bir gün bizim də səsimiz eşidiləcək. Nəzakət, bərabərlik və sevgi üçün ayağa qalxın. Amerika üçün dua edin".
Aysel.Ş
BAKU.WS
Oxşar xəbərlər
Yeni prezidentə ilk təbrik zəngi
ABŞ-ın 45-ci prezidenti Donald Trampa ilk təbrik zəngi edilib. BAKU.WS xəbər verir ki, seçkilər zamanı Trampın rəqibi olmuş Hillari Klinton yeni prezidentə zən...