Lalə Məmmədova iddialı libasda konsert verdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Lalə Məmmədova açıq hava konserti verib.
BAKU.WS xəbər verir ki, məşhur müğənni Heydər Əliyev Mərkəzinin parkında səhnəyə çıxıb. Ötən gecə baş tutan konsertdə onlarla insan iştirak edib.
İki saata yaxın bir müddətdə səhnədə olan sənətçi populyar mahnılarını səsləndirib.
“Pandemiyadan sonra ilk dəfə xalq konsertində çıxış etdim. Həqiqətən də, çox həyəcanlı idim. Əvvəlki hissləri yaşadım. Böyük bir məsuliyyət var idi. İnsanların qarşısında çıxış etmək çox sevindirdi. Mahnılarımı birgə oxumaqları, rəqs etmələri, əylənmələri məni xoşbəxt etdi. Sevginiz üçün təşəkkür edirəm”,- deyə L. Məmmədova bildirib.
Bundan əlavə, Lalə Məmmədova qırmızı rəngli, iddialı səhnə geyimi ilə də diqqət çəkib. Populyar ifaçının obrazı üzərində tanınmış stilist Elnur Həsənov çalışıb.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...