İlahə İbadova: "Atası qızımı görmək istəmir" - VİDEO
Müğənni İlahə İbadova qızının atasından danışıb.
BAKU.WS xəbər verir ki, ifaçı ARB-nin “Ona qalsa” verilişində keçmiş həyat yoldaşının evləndiyini və qızı ilə görüşmədiyini deyib:
“O qədər sətiraltı məqamlar var ki, istəmirəm danışam. Valideynləri də bilir ki, yolaverən olmuşam. Qızımı görmək fikrində deyillər. Elə bil ki, qızı yoxdur. Bunu efirdə 1-2 dəfə demişdim. Qayınanam 5 il sonra doğum gününə gəlmişdi. Qızımın atası indi evlənib. Yoldaşı, iki oğlu var. Mən ona zəng edə bilmərəm, yoldaşı məni elə yuyub-sərər ki...”
Qeyd edək ki, “Xalq ulduzu” mahnı yarışmasından sonra məşhurlaşan müğənni İlahə İbadova “Azəri star” yarışmasının iştirakçısı Mirsaleh Əliyevlə ailə qurmuşdu. M.Əliyev sənətçiyə evlilikləri müddətində təzyiqlər göstərib və dəfələrlə təhqir edib döyüb. Münasibətlərində ciddi problem yaşayan İ.İbadova və M.Əliyev boşanıb. Bu evlilikdən onların Ayan adlı bir qızı var.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsinin TAM MƏTNİ + VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. AZƏRTAC müsahibəni təqdim...