Könül Yusifqızı: “Nağılbaz intim videoya çəkildiyini yaxşı bilirdi” (VİDEO-MÜSAHİBƏ)
29
noy
2017
12:04
BAKU.WS aktrisa Könül Yusifqızından müsahibə götürüb. Aktrisa həyatında baş verən maraqlı məqamlardan, gələcək planlarından və son günlər gündəmdə olan hadisələrdən danışıb.-Kefiniz necədir?-Kefim çox yaxşıdır.-"Lider" televiziyasında Murad Arifin aparıcılığıyla yayımlanan "Status" verilişində radio prodüseri Zaur Kazımovun səsləndirdiyi "Aparıcı bakirə olmamalıdır" fikrinə münasibətiniz?-Düşünürəm ki, aparıcının bakirə olub-olmamasının bunun nə Zaura nə də heç kimə aidiyyatı yoxdur. Niyə biz kişilərdən heç danışmırıq? Kişi aparıcılar necə efirdə bakirəmi olmalıdırlar? Mövzunu qoyan özü aparıcılığa başlıyanda bakirə idi? Yoxsa kişilərdə bu normaldır, qadınlardamı anormaldır? Məncə qadın və kişi artıq bizim cəmiyyətdə bərabər hüquqludur. -Aktrisa Pərvin Abıyeva Azərbaycan kişilərini kobud adlandırıb. Türk kişiləri kimi romantik deyil deyib. Bu haqda nə demək istərdiniz?-Mən sizə çox təşəkkür edirəm ki, bu sualı mənə verdiniz. Çünki neçə gün idi ki, yığılmışdım. O maşın şoudan sonra bir balaca düşdü gözümdən. Ola bilər ona maraqlı deyil mənim deyəcəklərim amam mənə dünəndən maraqlı deyil. Mən düşünürəm ki o, Azərbaycan kişisini təhqir etdi. Bununla da öncə öz ailəsindəkiləri təhqir etdi. O bu gün düşünür ki, bir balaca Türkiyədə onların kişilərini tərifləyim bəlkə məni alan olar. Mən deyirəm ki, hərə durub bir ağız danışsa onun kimiləri bu gün at oynatmaz. İstərdim ki, hər kəs qalxsın. Hər kəs bir kəlməsini desin o qız haqqında. Ona kim ixtiyar verib ki?!-“My Name is İntiqam”da açıq-saçıq səhnələrə çəkildiniz. Bu haqda insanların sizə reaksiyası necə oldu?-Mən o filmə çəkiləndən sonra bizim uşağın atası ilə il yarıküsülü qaldıq. Çəkiləndə problem yox idi. Sadəcə olaraq məhz mən çəkilən hissənin aşağısından görsəydiniz nələr yazmışdılar…Mən o şərhləri oxudum və gülə-gülə qarşıladım. Əsasən də kişilər yazıblar. O sözü yazanlar kişi deyillər. Bir xanımın obrazının altına ağzına gələni yazırsansa nakişilikdir. Sözün varsa üzünə de.-Toylara tədbirlərə aparıcı kimi gedirsiniz. Bəs toylar olmaydı nə edərdiniz?-Deməli çoxları deyir ki, filankəs toy müğənnisidir, filakəs toy aparıcısıdır. Toya üstdən aşağı baxırlar. Elə o toya üstdən aşağı baxanların özləri toya gedirlər. Toy aparmaq hər kəsin işi deyil və mən öz adıma deyirəm ki, inanmıram qız aparıcılardan kimsə, lap elə edir məkanında da kimsə mənim qədər bu işi yaxşı bilsin. Bu olmasa yəqin ki, başqa sənətdə olardım. -Aktrisa maaşı neçə gün çatır sizə?-Bir gün… Belə özümü sıxsam iki gün. Mən konfortlu, rahat yaşamağı sevirəm.-Niyə indiyədək qızınızın atasının kimliyini gizli saxlayırsınız. Bəlkə məmurdur deyə mətbuata görünmək istəmir?-Hələ uzun illər gizlədəcəm. Belə məsləhətdir. -Əsasən tanınmış xanımlara vəzifəli şəxslər əxlaqsız təkliflər edir. Bu təklif sizə qarşı da olubmu?-O qədər... Deməli bir dəfə bir Nazirlikdə vacib işim var idi. Çox da uzağın söhbəti deyil. 1 ilin söhbətidir. Yaxın ailəvi dostumuz mənə o Nazirlikdə filan şöbənin müdiri bu işdə sənə kömək edə bilər dedi. Mən də getdim. Həmin adam birdən məni görüb necə sevindisə və mənə bu təklifi birdən-birə etdi. Hər şey qarşılıqlıdı. O mənə təklifi necə etdisə mən də elə cavabını verdim. Ona da dedim ki, bax belə sənə də, sənin düzəldəcəyin işə də konfet verim.-Uzun müddət Gənc Tamaşaçılar Teatrında çalışmısınız. Sonra teatr aktrisalığını toy aparıcılığına dəyişdiniz. Maddi sıxıntınız teatrı toya dəyişəcək qədər idimi?-Ürək imkan vermirdi. Elə deyirdi Teatıra get. Getdim gördüm ki, cibsiz ürək alınmır.-Teatrda oynamaq istədiyiniz, amma məlum səbəblərdən oynaya bilmədiyiniz obrazlar oldumu?-Ürəyimdə qalan obrazlar çoxdur. O zaman ANS televiziyasında çalışırdım. “Xanım Şou”nu aparırdım. Heç cür çatdırmırdım. O zaman Nicat Kazımov “Pəri Cadu” tamaşasını qoyurdu. Mən orda “Hafizə xanım” rolunu oynamalı idim. Mən ona təəsüfləndim ki, teatrdan o ərəfədə çıxdım və o obrazı oynaya bilmədim. -İkinci dəfə ailə həyatı qurmaq haqda düşünürsünüzmü?- Niyə də yox. Ola bilər. İnsan dönə-dönə xoşbəxt ola bilər. Əsasən də xanımlar… Bizim cəmiyyətdə bir-balaca xanımlar əzilir. - Anar Nağılbazın “porno videosu” haqqında nə demək istərdiniz?- Hə gördüm onu… Mən çox üzülürəm ki, iki insanın arasında olan intim bir şeylər çəkilib ortalığa çıxır. Məncə bu cinayətdir. İndi o orda nə edib, necə edib, kimlə edib bu onun öz işidir. Mən bilən Anar da bilirdi bunu ki, onu çəkirlər. Bəli… Bilirdisə o buna niyə gedirdi?-Sonda nə demək istərdiniz?-Çox təşəkkür edirəm dəvət etdiniz. Ürəyimi boşaltdım. İzləyicilərinizə də təşəkkür edirəm ki, sizi izləyirlər. Kifayət qədər tanınan bir saytsınız. Bu gün neçə televiziya kanalı varsa elə hamısına ünvanlayıram sözümü. Hamısında görə bilmədiklərimizi bax bu saytlar izləyicilərə çatdırır. Buna görə sizə təşəkkürlər edirəm.Söhbətləşdi: Zümrüd CavadovaMontaj: Çinarə VahabzadəBAKU.WS
Oxşar xəbərlər
Pərvin Abıyevadan Tunaya sərt sözlər: "300 manata kişilərlə görüşürsən..." (VİDEO)
Aktrisa Pərvin Abıyevanın Azərbaycan kişilərini pisləməsi sosial şəbəkə istifadəçiləri ilə yanaşı məşhurlar arasında da müzakirəyə səbəb olub.BAKU.WS-in məlumat...