Konsertində evləndiyini açıqlayan Hadise bu dəfə ağladı - VİDEO

Türkiyənin məşhur pop ulduzu Hadise kövrək anları ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, 36 yaşlı sənətçi İzmir konserti zamanı “Küçük bir yol” mahnısını ifa edən vaxt ağlamağa başlayıb.
Həmin anları sosial şəbəkə hesabında paylaşan Hadise sözügedən mahnının onun üçün çox özəl olduğunu vurğulayıb:
“Düz iki il əvvəl bu gün həyatımın mahnısı adlandırdığım “Küçük bir yol”u təqdim etdim. Bizi belə güclü və mənalı mahnı ilə bir araya gətirdikləri üçün mahnının sözlərini yazan Devrim və Meteyə təşəkkür edirəm”.
Həmçinin sənətçi konsert zamanı auditoriaya "Siz heç yanılmısınızmı?" sualını ünvanlayıb.
Qeyd edək ki, Hadise nişanlısı, iş adamı Mehmet Dinçerler ilə aprel ayında evlənib.
Oxşar xəbərlər
Bu il evlənən türkiyəli məşhur simalar – FOTO
Türkiyənin bir-birindən məşhur simaları bu il subaylığın daşını ataraq ailə həyatı qurublar. BAKU.WS evlənən türkiyəli məşhurları təqdim edir: Türkiyənin məşhur...
