Köhnə libasları ilə qalalara qatılan Hollivud ulduzları

Köhnə libasları ilə qalalara qatılan Hollivud ulduzları
Foto
Şou-biznes 86

Hollivud ulduzları artıq yalnız dizaynerlərin yeni kolleksiyalarını deyil, həm də moda tarixinin arxiv parçalarını geyinməyi üstün tuturlar. Onların bir çoxu köhnə libasları ilə 2026-cı ilə də damğasını vurub. İştirak etdikləri mükafat mərasimlərində və ya tədbirlərdə tanınmış modelyerlərin və brendlərin keçmiş modellər geyinirlər.

BAKU.WS son zamanlar qalalarda köhnə libasları ilə diqqət çəkən Hollivud məşhurlarını təqdim edir:

Aktrisa Zendaya

Son zamanlar sevgilisi Tom Holland ilə evləndiyi iddiaları ilə gündəmdən düşməyən Zendaya, stili ilə də diqqət çəkib. O, son olaraq Robert Pattinson ilə baş rolları paylaşdığı "The Drama" filminin Los-Anceles premyerasında geyindiyi libasla gündəm olub. Məşhur aktrisa 2015-ci ildə Oskar mükafatlarında geyindiyi "Vivienne Westwood" imzalı ağ libası illər sonra çıxararaq yenidən geyinib. O bu ağ libası 11 il sonra yenidən seçib.

Zendaya qırmızı xalçada verdiyi müsahibədə stilisti Lou Roax ilə bu film üçün nə geyinəcəyini düşünərkən yaşadıqlarını belə izah edib: "Ağlıma "köhnə bir şey, yeni bir şey, borc alınmış bir şey" fikri gəldi. Mən də bunu yenidən geyinmək istədim"

Aktrisa ötən həftə qatıldığı başqa bir tədbirdə isə "Cache" markasına aid çiçəkli bir libas geyinib. Bu libası 2008-ci ildə "Sex and the City" filminin açılış səhnəsində Sarah Cessika Parker geyinmişdi.

Köhnə libasları ilə qalalara qatılan Hollivud ulduzları

Aktrisa Marqo Robbi

Marqo aktrisalığı ilə yanaşı gözəlliyi və stili ilə tez-tez gündəmə gəlir. Son olaraq "Uğultulu təpələr" filmində oynayan aktrisa, Lonondakı qalada Con Qallianonun 1992-ci il kolleksiyasından bir libas geyinib. Bununla yanaşı, imic dəyişikliyi edən 35 yaşlı Robbie saçlarını qısaldıb və yeni görünüşü çox bəyənilib.

Köhnə libasları ilə qalalara qatılan Hollivud ulduzları

Müğənni və aktrisa Cennifer Lopez

Musiqi karyerası ilə yanaşı aktrisalığı ilə də tanınan Cennifer Lopez bu il 83-cü dəfə keçirilən "Qızıl Qlobus" mükafatlandırma mərasimində şəffaf, nyud tonlarda bir libas geyinib. 56 yaşlı Lopez "Jean-Louis Scherrer Haute Couture"un 2003-cü il arxivindən bir parça seçərək stili ilə diqqət çəkib. Bəzi modelyerlər bu seçimi şişirdilmiş hesab etsə də, digərləri onun bədən quruluşuna çox uyğun olduğunu bildiriblər.

Köhnə libasları ilə qalalara qatılan Hollivud ulduzları

Aktrisa Sidni Svini

"Euphoria" serialı ilə tanınan və son dövrlərin parlayan ulduzlarından olan aktrisa ötən ilin noyabrında "GQ" mərasiminə Canni Versacenin 1995-ci il kolleksiyasından qara məxmər libası ilə gəlib. O, daha əvvəl də köhnə libaslarını geyinib. Bu donu 2004-cü ildə Ancelina Coli də geyinib.

Köhnə libasları ilə qalalara qatılan Hollivud ulduzları

Son xəbərlər