"Kızılcık Şerbeti"nin aktyoru: "Beyin qanaması keçirməyimə baxmayaraq..."
"Kızılcık Şerbeti" serialının aktyoru Settar Tanrıöğen beyin qanaması keçirdiyi günü ilk dəfə danışıb.
BAKU.WS xəbər verir ki, ekran işində Abdullah obrazı ilə tanınan aktyor beyin qanaması keçirdiyini lakin buna baxmayaraq işi yarımçıq qoymamaq üçün çəkilişləri tamamladığını deyib.
Tanrıöğen vəziyyətinin ciddi olduğunu hiss etsə də, serialın dayandırılmasını istəməyib. O, rejissor Ketcheyə özünü pis hiss etdiyini, səhnələrinin tez bitirilməsini xahiş edib. Gün batmadan səhnələri tamamlanan aktyor daha sonra həkimə getməyi planlaşdırıb.
Çəkilişdən sonra avtomobil ilə Şişli-dəki evinə aparılan Tanrıöğen tək qalmağın təhlükəli ola biləcəyini düşünərək dostlarının yanına gedib. Gecəni narahat halda keçirən aktyor səhər tezdən xəstəxanaya müraciət edib. İlkin müayinədə vəziyyətinin ağır olduğu bildirlməsə də, sonradan beyin qanaması keçirdiyi müəyyən olunub.
Settar Tanrıöğen bildirib ki, həmin gün vəziyyətinin kəskinləşməsi səbəbindən ard-arda iki dəfə əməliyyata alınıb. Yaşadığı bu ciddi sağlamlıq problemi onun serialdan ayrılmasına səbəb olub və uzun müddət müalicə prosesi keçirməsinə gətirib çıxarıb.
Aktyorun bu açıqlamaları sənətə və məsuliyyətə necə böyük önəm verdiyini bir daha ortaya çıxarıb.
Qalereya
Oxşar xəbərlər
Aygün Kazımovanın dəbdəbəli evindən görüntülər
Xalq artisti Aygün Kazımova lüks evi ilə gündəmə gəlib. BAKU.WS xəbər verir ki, o sosial şəbəkə hesabında yaşadığı mənzilindən görüntülər paylaşıb. Kadrlarda...